Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏHMƏD NECDƏT SEZƏRƏ

Hörmətli cənab Prezident, 

Əziz Dostum,

Futbol üzrə dünya çempionatında Türkiyə milli yığma komandasının uğurla çıxış edərək bürünc medal qazanması münasibətilə Sizi və bütün qardaş türk xalqını ürəkdən təbrik edirəm.

Türkiyə yığma komandasının bu qələbəsindən duyduğunuz sevinc payını Sizinlə bölüşərək böyük şərəf, fərəh və qürur hissi keçiririk.

Çempionatın bütün oyunlarını yüksək qələbə əzmi ilə keçirmiş Türkiyə futbolçularına ən səmimi təbriklərimizi yetirir, onlara yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin