TÜRKMƏNİSTAN VƏ ÖZBƏKİSTAN DÖVLƏT SƏRHƏDİNİN DELİMİTASİYASI VƏ DEMARKASİYASI İLƏ BAĞLI DANIŞIQLAR APARMIŞDIR
AzerTAg.az
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Aşqabadda iki dövlət arasındakı sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı Türkmənistan-Özbəkistan dövlətlərarası birgə komissiyasının növbəti iclası keçirilmişdir. Tərəflər bir daha qeyd etmişlər ki, Türkmənistan-Özbəkistan dövlət sərhədinin delimitasiyası haqqında dövlətlərarası müqaviləyə uyğun olaraq bir-birinə ərazi iddiaları yoxdur və sərhəd xətti ilə bağlı bütün məsələlər yoluna qoyulmuşdur.
Danışıqlar zamanı Türkmənistanın Daşoğuz vilayətinin Türkmənistan-Özbəkistan dövlət sərhədi boyunca 17867 hektar sahəsində yaşayan Özbəkistan vətəndaşlarının hüquqi statusu məsələsi müzakirə olunmuşdur. Sovet İttifaqı dövründə bu sahə Özbəkistanın təsərrüfat obyeklərinin istifadəsində idi. Dövlət sərhədinin delimitasiyası haqqında dövlətlərarası müqaviləyə uyğun olaraq bu sahə Türkmənistan ərazisi kimi tanınmışdır. İclasda bildirilmişdir ki, həmin ərazidə yaşayan Özbəkistan vətəndaşları qanunvericiliyə görə Türkmənistan vətəndaşlığı ala bilərlər.
İclasın yekunlarına dair protokol imzalanmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var