DÜNYA
TÜRKMƏN QIZI ƏCNƏBİ OĞLANA BAHA BAŞA GƏLƏCƏK
AZƏRTAC-ın xüsusi müxbirinin Aşqabaddan verdiyi xəbərə görə, Türkmənistan prezidenti Saparmurad Niyazov “Dövlət başlığı haqqında” qərar imzalamışdır. Bu qərara əsasən, türkmən qızı ilə evlənmək istəyən əcnəbi vətəndaş dövlət xəzinəsinə 50 min dollar keçirməlidir. Bundan əlavə o, qız evinə toy üçün 1000 dollar, hər biri 30 dollardan 10 qoyun, 300 dollara yataq mebeli, hər biri 100 dollardan 10 qızıl üzük və qalan xərclər üçün, təxminən 300 dollar verməlidir. Lakin qərarda nikah pozulduqda pulların ərə qaytarılıb-qaytarılmayacağı barədə bir söz deyilmir.
Türkmənistan hüquqşünasları belə hesab edirlər ki, dövlət xəzinəsinə keçiriləcək pullar valideynsiz qalmış uşaqların təlim-tərbiyəsinə xərclənsə daha məqsədəuyğun olardı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]
BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur
- 08.05.2024 [14:12]
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
- 08.05.2024 [13:35]