DÜNYA
TÜRKSOY-un gənclik xoru Qazaxıstanın Karaqanda şəhərində geniş konsertlə çıxış edib
Ankara, 16 oktyabr, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) gənclik xoru Qazaxıstana qastrol səfəri çərçivəsində bu ölkənin Karaqanda şəhərində geniş konsert proqramı ilə çıxış edib.
TÜRKSOY-un katibliyindən AZƏRTAC-a verilən məlumata görə, qastrol Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının yaranmasının 25-ci ildönümünə həsr olunub. TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Karaqanda vilayəti başçısının müavini Jandos Abışov, Qazaxıstan Dövlət Filarmoniyasının direktoru Jansıbek Bekpoladov və digər rəsmi şəxslər də tamaşaçılar sırasında olublar.
Konsert çərçivəsində bəzi şəxslərə TÜRKSOY-un xatirə hədiyyələri və mükafatları təqdim olunub.
Oktyabrın 19-dək davam edəcək qastrolun sonuncu konserti Astana şəhərində keçiriləcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]