SİYASƏT
Tahir Budaqov: Yeni reallıqlar şəraitində işğaldan azad edilmiş ərazilərini iqtisadi inkişaf etdirmək vacib məsələdir
Bakı, 24 yanvar, AZƏRTAC
Qalib Azərbaycan hazırda ölkə tarixinin ən güclü dövrünü yaşayır. Prezident İlham Əliyev güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi, qalib Sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 25-də keçirilən “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov söyləyib.
O bildirib ki, yeni reallıqlar şəraitində işğaldan azad olunmuş ərazilərini inkişaf etdirmək vacib məsələdir. Artan iqtisadi gücümüz Azərbaycana Cənubi Qafqaz iqtisadiyyatını dəyişdirməyə qadir böyük layihələrə başlamağa imkan verib.