DÜNYA


Tailanda çinli turistləri daşıyan qayıqda partlayış olub

Pekin, 14 yanvar, AZƏRTAC

Tailandın cənubundakı Phiphi adası yaxınlığında 27 çinli turistin və 5 yerli sakinin olduğu sürətli qayıqda baş verən partlayışda bir nəfər ölüb, 16 nəfər yaralanıb.

AZƏRTAC “China Daily” qəzetinə istinadla xəbər verir ki, yerli vaxtla 13:00 radələrində baş verən hadisədə ölən şəxs heyət üzvüdür.

Bildirilir ki, partlayışa yanacaq sızması səbəb olub. Belə ki, kapitan mühərriki yoxlamağa gedərkən partlayış baş verib, ardınca alov başlayıb. Sərnişinlər və heyət üzvü suya tullanaraq, xilasedici vasitələrdən istifadə etməklə suyun üzündə qalmağa çalışıblar. Köməyə gələn gəmilər heyət üzvlərini və çinli turistləri xilas ediblər.

Yaralılar xəstəxanalara yerləşdirilib. Hazırda axtarış-xilasetmə işləri aparılır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.