DÜNYA


Tailandda bütün koronavirus məhdudiyyətləri ləğv edilib

Bakı, 1 oktyabr, AZƏRTAC

Tailand hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan bütün məhdudiyyətləri və fövqəladə vəziyyət rejimini oktyabrın 1-dən ləğv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Royal Thai Government Gazette” nəşrində dərc olunan qərarda deyilir.

Tailandda ilk dəfə 2020-ci ilin martında tətbiq edilən məhdudiyyətlərin müddəti 19 dəfə uzadılıb, nəhayət, bu il sentyabrın 23-də hakimiyyət orqanları post-pandemiya dövrünə keçid çərçivəsində bütün məhdudiyyətləri ləğv etməyi qərara alıb. Krallığa gələnlər üçün vaksin sertifikatının və ya test nəticələrinin təqdim edilməsi tələbi də aradan qaldırılıb.

Bununla belə, Tailand hakimiyyəti insanların sıx olduğu yerlərdə maska taxmağı tövsiyə edir. Eyni zamanda, ölkənin səhiyyə orqanları koronavirusa yüngül simptomlarla yoluxanların təcrid olunmasına ehtiyac görmür.

Qeyd edək ki, 69,6 milyon əhalisi olan Tailandda koronavirusa ilk yoluxma halı 2020-ci il yanvarın 13-də qeydə alınıb. Hazırda krallıqda virusa yoluxanların ümumi sayı 4,68 milyonu ötüb, 4,64 milyondan çox insan sağalıb, 32,7 nəfər isə həyatını itirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.