DÜNYA
Tallindəki “Yulemiste” ticarət mərkəzinə bomba yerləşdirilməsi barədə məlumat yayılıb
Tallinn, 22 aprel, AZƏRTAC
Estoniyanın paytaxtı Tallinin ən böyük ticarət mərkəzlərindən olan "Yulemiste"də bomba yerləşdirilməsi barədə məlumat yayılıb.
AZƏRTAC xəbər verir ki, ticarət mərkəzində şübhəli çemodan haqqında məlumat daxil olduqdan sonra polis, xilasedicilər, təcili tibbi yardım və partlayıcıların zərərsizləşdirilməsi üzrə mütəxəssislər hadisə yerinə cəlb ediliblər. Ərazini boşaldan təhlükəsizlik əməkdaşları sahibsiz çemodana baxış keçiriblər. Çemodanın boş olduğu müəyyən edilib.
Ticarət mərkəzinin yerləşdiyi rayonun polis rəisi Yaaqub Laats bir daha əhaliyə müraciət edərək sahibsiz çemodan və başqa əşyalara qarşı diqqətli olmağa çağırıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn