MƏDƏNİYYƏT
Tanınmış balerina Maya Plisetskayanın xatirələri əsasında sənədli film çəkilib
Bakı, 28 mart, AZƏRTAC
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Əfsanəyə dönən “Məhəbbət əfsanəsi” sənədli televiziya filminin istehsalını başa çatdırıb.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, film sovet dövrünün ən parlaq balerinalarından olan SSRİ Xalq Artisti Maya Plisetskayanın Azərbaycan bəstəkarlıq və rəssamlıq məktəbinin görkəmli xadimlərindən biri, Xalq Artisti, Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Arif Məlikovun məşhur “Məhəbbət əfsanəsi” baleti haqqında xatirələri əsasında çəkilib.
Ekran işində Maya Plisetskayanın Bakıya səfərləri, ümummilli lider Heydər Əliyevlə tarixi görüşləri də öz kadr təcəssümünü tapıb.
Filmin ssenari müəllifi Kamil Əfsəroğlu, rejissoru Miri Rzayev, operatoru Mətləb Yaqubovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]