MƏDƏNİYYƏT


Tbilisidə ulu öndər Heydər Əliyevə həsr olunmuş sərgi açılıb

Tbilisi, 12 may, AZƏRTAC

Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotolar nümayiş etdirilir.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri sərgini ziyarət ediblər.

Gün ərzində xeyli sayda insan sərgiyə gəlib Ulu Öndərin fotolarını maraqla seyr edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.