ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi Füzuli rayonunun təhsil statistikasını açıqlayıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Təhsil Nazirliyi Füzuli rayonunun təhsil statistikasını hazırlayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Füzuli rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 87 təhsil müəssisəsi fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 21 min 192, müəllimlərin sayı isə 2 min 261nəfər olub. Hazırda – 2020-2021-ci tədris ilində rayon üzrə 79 təhsil müəssisəsi fəaliyyətdədir, müəllimlərin ümumi sayı 1649, şagirdlərin sayı isə 13 min 23 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.