ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi: Məktəbəhazırlıq qruplarına qeydiyyatla bağlı tarix hələ dəqiqləşməyib

Bakı, 26 aprel, AZƏRTAC

Məktəbəhazırlıq qruplarına qeydiyyatla bağlı tarix hələ dəqiqləşməyib.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil Nazirliyinin I sinfə şagird qəbulu ilə bağlı keçirdiyi onlayn brifinqdə Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

O qeyd edib ki, bu barədə konkret fikir söyləmək hələ tezdir. Ancaq yayda - iyun, iyul aylarında olacağı planlaşdırılır. Bu, pandemiya şəraiti və digər paralel proseslərlə bağlı olaraq uzadıla bilər. Tarixlər dəqiqləşdirilərək fəaliyyət planı üzrə qrafik müəyyən edildikdən sonra ictimaiyyətə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.