ELM VƏ TƏHSİL


Təhsil şöbələrinin əməkdaşları üçün “İşgüzar yazışmalar” mövzusunda təlim keçirilib

Bakı, 16 iyul, AZƏRTAC

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“nın məzunu Şahin İsmayılbəyli tərəfindən rayon (şəhər) təhsil şöbələrinin əməkdaşları üçün təlim keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yerli təhsili idarəetmə orqanlarının əməkdaşları üçün keçirilən onlayn təlim “İşgüzar yazışmalar” mövzusuna həsr edilib.

Təlimdə Təhsil Nazirliyinin tabeliyində olan müxtəlif rayon (şəhər) təhsil şöbələrinin əməkdaşları iştirak ediblər. Təlimdə işgüzar yazışmaların aparılması, sənədləşmə, korporativ elektron poçtlardan istifadə qaydası və digər məsələlərə dair məlumatlar paylaşılıb.

Qeyd edək ki, təlimçi Şahin İsmayılbəyli “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ çərçivəsində Niderland Krallığının “Maastricht School of Management” ali təhsil müəssisəsində biznesin idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.