ELM VƏ TƏHSİL


Təhsil tələbə krediti əyani təhsil alan tələbələrə aiddir

Bakı, 25 noyabr, AZƏRTAC

Təhsil tələbə krediti əyani təhsil alan tələbələrə aiddir.

AZƏRTAC xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinə müraciətlərin başlanılması ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, tələbələrə kredit semestr üzrə veriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il iyunun 17-də “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən yaradılmış “Təhsil Tələbə Krediti Fondu”nun Nizamnaməsi” təsdiq edilib. Fondun yaradılmasında məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

2021-ci il 24 iyul tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.