ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyi aşpaz peşə ixtisası üzrə test imtahanı təşkil edib
Bakı, 1 dekabr, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən aşpaz peşə ixtisası üzrə qeyri-formal və informal yollarla bilik, bacarıq, səriştə və təcrübə əldə etmiş vətəndaşlar üçün test imtahanı təşkil olunub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün paytaxt və regionlarda bu sahə üzrə fəaliyyət göstərən vətəndaşlar müraciət ediblər.
Biliyin qiymətləndirilməsi mərhələsində yüksək nəticə göstərən namizədlər bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsi olan praktiki imtahanda iştirak etmək hüququ əldə edəcək. Yekunda uğurlu nəticə əldə edənlərə aşpaz peşə ixtisası üzrə təhsil sənədi təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:37]
Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır
- 07.05.2024 [15:26]
Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar
- 07.05.2024 [15:19]
AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər
- 07.05.2024 [14:52]
BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar
- 07.05.2024 [14:33]
Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib
- 07.05.2024 [13:47]