CƏMİYYƏT


“Təmiz Şəhər” dezinfeksiya işlərini intensivləşdirib

Bakı, 30 mart, AZƏRTAC

“Təmiz Şəhər” ASC “Təmiz Qala” layihəsi çərçivəsində Qala qəsəbəsində tullantıların çeşidlənməsi və daşınmasını həyata keçirir.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə həyata keçirilən preventiv tədbir olaraq qəsəbədə yerləşdirilən 150-dən çox tullantı meydançasında gündəlik dezinfeksiya işləri aparılır, tullantı qutuları xüsusi qurğular vasitəsilə yuyulur. Bununla yanaşı, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisi də xüsusi nəqliyyat vasitələri ilə gündəlik təmizlənir və dezinfeksiya edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.