REGİONLAR


Tərtər: Təkrar qarğıdalı əkinlərində məhsul yığımı başa çatıb

Tərtər, 3 dekabr, AZƏRTAC

Tərtər rayonunun fermerləri və torpaq mülkiyyətçiləri təkrar qarğıdalı əkinlərində məhsul yığımını başa çatdırıblar.

Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını təmin etmək üçün 407 hektarda əkilmiş təkrar qarğıdalının 284 hektarı silosluq, qalanı isə dən üçündür. Sahələrdən 480 ton dən qarğıdalı, 7952 ton yaşıl yem əldə edilib.

Qeyd edək ki, rayon ərazisində yazda əkilmiş 2235 hektar qarğıdalı sahəsindən 1132,9 ton məhsul toplanıb. Hər hektarın məhsuldarlığı 50,7 sentnerdir. Bundan başqa rayon ərazisində yem üçün yazda əkilmiş 40 hektar qarğıdalı sahəsindən 4692 ton məhsul əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.