REGİONLAR


Tərtər məktəblisi: Hər bir rayonun özünəməxsus zəngin tarixi, mədəniyyəti, ənənələri var

Quba, 15 noyabr, Elxan Yusifli, AZƏRTAC 

Mən bu tur-aksiyanı səbirsizliklə gözləyirdim. Dörd gün ərzində Azərbaycanın şimal rayonlarının görməli yerlərinə, muzeylərinə, tarixi abidələrinə ekskursiya edəcəyik. Əminəm ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan bu maarifləndirici tur-aksiya bizim yaddaşımızda silinməz izlər buraxacaq. Bu, mənim üçün ən maraqlı səyahətlərdən biridir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçısı, Tərtər rayonu İsmayıl Məmmədov adına 2 saylı məktəb-liseyin XI sinif şagirdi Anar Məmmədov söyləyib.

Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı bildirib ki, kollektiv şəkildə tur-aksiyada iştirak etmək daha maraqlıdır. “İndi mənim tək Tərtərdən deyil, Goranboy, Naftalan, Beyləqan, Ağcabədi və başqa rayonlardan məktəbli dostlarım var. Biz ekskursiya zamanı çəkdiyimiz maraqlı şəkilləri sosial şəbəkələrdə paylaşırıq. Şagirdlərin hamısı istəyir ki, bu aksiyada iştirak etsin. Ekskursiya zamanı şahid olduq ki, hər bir rayonun özünəməxsus zəngin tarixi, mədəniyyəti, ənənələri var”, - deyə tərtərli məktəbli qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.