CƏMİYYƏT


Tərtər rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində altı yaşlı uşaq həlak olub

Bakı, 11 oktyabr, AZƏRTAC

Tərtər rayonunun Hüləbətli kəndi ərazisində Ağdam rayon sakini, altı yaşlı Günəş Məmmədova Kəlbəcər rayon sakini Rasim Abbasovun idarə etdiyi “VAZ-21063” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə nəticəsində uşaq xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq G.Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.