REGİONLAR
Tərtər rayonunda indiyədək vətəndaşlara 35 min 112 doza vaksin vurulub
Tərtər, 14 iyul, AZƏRTAC
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzi xəstəxanasının həkim heyəti rayon mərkəzi ilə yanaşı kənd yaşayış məntəqələrində də əhalinin kütləvi olaraq vaksinasiyadan keçməsini həyata keçirir. İndiyədək rayon sakinlərinə 35 min 112 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 22 min 179, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 12 min 933 nəfərdir.
Vaksinləşmə prosesinə könüllü olaraq qatılan sakinlər onların sağlamlıqlarının qayğısına qaldıqlarına və yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.