ELM VƏ TƏHSİL


Test imtahanlarının nəticələri ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək

Bakı, 16 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə bu gün keçirilmiş test imtahanlarının nəticələri ilə bağlı müraciətlərə Apellyasiya Komissiyasında baxılacaq.

Bu barədə AZƏRTAC-a DİM-dən bildirilib. Komissiya mayın 17-19-da saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında fəaliyyət göstərəcək.

Xatırladaq ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs burada nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Əks halda o, müsahibədə iştirak edə bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.