ELM VƏ TƏHSİL


“TikTok”sosial şəbəkəsi uşaqlar üçün daha təhlükəsiz olacaq

Bakı, 18 aprel, AZƏRTAC

“TikTok” qısamüddətli videolar sosial şəbəkəsi sürətlə populyarlaşır. Sosial şəbəkənin auditoriyasının böyük əksəriyyəti yeniyetmələr olduğuna görə tərtibatçılar xidmət daxilində təhlükəsiz atmosferi qoruyub saxlamaq üçün nəzərdə tutulmuş “Ailə tənzimləmələri” funksiyasını əlavə etməyə qərar verib.

AZƏRTAC “4pda.ru” saytına istinadən xəbər verir ki, “Ailə tənzimləmələri” funksiyası valideyn və yeniyetmələrin öz fərdi ehtiyaclarına uyğun olaraq təhlükəsizlik parametrləri təyin etməsinə imkan verir. Bu funksiyanın köməyilə böyüklər öz profilini uşağın profili ilə birləşdirə, onun hesabının bir sıra təhlükəsizlik və məxfilik tənzimləmələrinə giriş əldə edə bilərlər.

Ekran vaxtına nəzarət seçimi uşağın gündəlik proqramdan istifadə edə biləcəyi vaxtı tənzimləməyə imkan verir. Təhlükəsiz rejim arzuolunmaz məzmuna girişi məhdudlaşdıracaq.

Şəxsi yazışma tənzimləmələri uşağa mesaj göndərə bilən istifadəçilərin siyahısını məhdudlaşdırmağa kömək edəcək.

Yeni funksiya tezliklə əlçatan olacaq. Bundan başqa, aprelin 30-dan etibarən xidmətdə yaşı 16-dan aşağı olan istifadəçilər üçün mesajlaşma imkanı əlçatmaz olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.