MƏDƏNİYYƏT


“Tıq-tıq və dostları möcüzələr axtarışında” animasiya filminin ikinci hissəsi hazırlanır

Bakı, 17 noyabr, AZƏRTAC 

“Azanfilm” studiyası “Tıq-tıq və dostları möcüzələr axtarışında” maarifləndirici, çoxhissəli animasiya filminin ikinci hissəsinin istehsalını davam etdirir.

Studiyadan AZƏRTAC-a bildirilib ki, filmin istehsalının 2021-ci ilin mart ayında tamamlanacağı və tamaşaçılara təqdim olunacağı gözlənilir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azanfilm” Studiyasında istehsal olunan animasiya filminin ssenari müəllifi və quruluşçu rejissoru Sultan Abbasbəyli, bəstəkarı Azər Hacıəsgərli, rəssamı Kübra Binnətova, redaktoru Yusif Şeyxov, səs rejissoru Mehman Nadirov, prodüseri Mansur Şəfiyevdir.

Filminin ikinci hissəsində Tıq-tıq öz dostları ilə qədim yaşayış məskənlərimizdən olan Qobustana səyahət edir.

Qobustan barədə maraqlı məlumatları balaca dostlarımıza çatdıracaq filmdə qəhrəmanlarımızın başlarına qeyri-adi və sirli hadisələr də gələcək. Bu sirli hadisələrin ən yaxşı tərəfi Tıq-tıqa yeni bir dost qazandırması olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.