DÜNYA
Tokio Fond Birjasında “Nikkey” indeksi günü ilin ən yüksək göstəricisi ilə başa vurub
Tokio, 21 iyun, AZƏRTAC
İyunun 20-də Tokio Fond Birjasında “Nikkey” indeksi Avropa və ABŞ bazarlarında kotirovkaların müşahidə olunan artımı fonunda günü ilin ən yüksək göstəricisi ilə başa vurub.
Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərinin məzənnəsini özündə əks etdirən bu indeks 162 bənd artaraq, günü 20.230 bənd həddində yekunlaşdırıb.
Bazar mənbələrinin bildirdiyinə görə, Avropa və ABŞ bazarlarındakı oyunçuların oyunu yüksələn xətlə davam etdirməsi nəticəsində investorlar geniş spektrdə səhmlərin satışı üzrə sifarişlər yerləşdiriblər. Eyni zamanda, investorların ABŞ Federal Ehtiyatlar Sisteminin cari həftə ərzində iqtisadiyyatla bağlı məlumatını diqqətlə izlədiyi də bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio