DÜNYA


Tokioda Yaponiyanın ən hündür göydələni inşa olunacaq

Tokio, 24 avqust, AZƏRTAC

Yaponiyanın “Mori Building” tikinti şirkəti Tokionun mərkəzində “Gündoğar ölkə”nin ən hündür göydələnini inşa edəcək.

AZƏRTAC xəbər verir ki, paytaxtın Minato rayonunda həyata keçiriləcək layihənin “Toranomon-Azabuday” adlanan ən hündür binasının hündürlüyü 330 metr olacaq.

2023-cü ildə inşaat işləri başa çatdırıldıqdan sonra 64 mərtəbəli bina Osaka şəhərində yerləşən və hündürlüyü 300 metr olan hazırkı lider Abeno Harukası ötəcək.

Şirkətin nümayəndələrinin bildirdiyinə görə, bina əsasən ofislər üçün nəzərdə tutulub. Yalnız son 11 mərtəbədə mənzillər yerləşəcək.

Əlavə olaraq bildirilir ki, həmin layihəyə ümumilikdə 3 tikili daxildir. Digər tikililərdə elit otel, beynəlxalq məktəb və müxtəlif dillərdə səhiyyə xidmətləri təklif edən xəstəxana yerləşəcək. Layihənin ümumi dəyəri 5,5 milyard dollar təşkil edəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.