CƏMİYYƏT


Torpaq çərşənbəsində 23 mindən çox ağac əkilib

Bakı, 14 mart, AZƏRTAC

Novruz bayramının əlamətdar günlərindən olan torpaq çərşənbəsində ağacəkmə tədbirləri Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Şabran, Göygöl, Sabirabad, Quba, Tovuz, Şəmkir, Ağcabədi, Bərdə, Masallı, Lənkəran rayonlarının meşə fondu torpaqlarında keçirilib və ümumilikdə 23 min 500 ədəd müxtəlif növ ağac tingi əkilib, 870 kiloqram toxum səpilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev AZƏRTAC-a bildirib ki, Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Novruz bayramının xüsusi günlərindən olan çərşənbələrdə, ümumilikdə 100 minə yaxın ağac əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.