SİYASƏT


Trabzonun ən yüksək hissəsində Azərbaycan bayrağı ucaldılıb VİDEO

Ankara, 20 oktyabr, AZƏRTAC

Türkiyənin Trabzon bölgəsində, Ortahisar rayon bələdiyyəsi ərazisində ən yüksək təpə olan Boztəpə istiqamətində 61 metrlik dirək üzərində 19x23 metr ölçüsündə Azərbaycan bayrağı ucaldılıb. Üçrəngli, ay ulduzlu bayrağımız Anadolunun Qara dəniz bölgəsində bütün istiqamətlərdən aydın görünür. Bayraq dirəyinin hündürlüyünün ölçüsü Trabzonun regional avtomobil seriyasına uyğun seçilib.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Katibliyindən AZƏRTAC-a verilən məlumata görə, üçrəngli bayrağımızın qaldırılması ilə bağlı keçirilən mərasimdə Trabzon Ortahisar rayon bələdiyyəsinin sədri Ahmet Mətin Gənc, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Azərbaycanın bu qurumdakı nümayəndəsi Elçin Qafarlı və digər rəsmi şəxslər iştirak ediblər.

Bələdiyyə sədri Ahmet Mətin Gənc Azərbaycan bayrağını Trabzonun ən mənzərəli, diqqətçəkən təpəsində ucaltmaqda məqsəd Milli Ordumuza həmrəylik nümayiş etdirməkdir. İşğal altındakı torpaqlarımızın düşmən tapdağından azad olunması istiqamətində göstərilən siyasi səylər, aparılan qəhrəmanlıq mübarizəsi xalq və dövlət qarşısında tarix, ədalətin bərpası, insan haqlarının qorunması baxımından ən ləyaqətli işdir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.