DÜNYA
Tramp və Klinton gözlənilən qələbələrini bayram etməyə hazırlaşırlar
Bakı, 3 noyabr, AZƏRTAC
ABŞ prezidenti postuna Respublika Partiyasının namizədi Donald Tramp seçkilərdə şübhə etmədiyi qələbəsini Nyu-Yorkda bayram etməyə hazırlaşır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Trampın seçki kampaniyasının qərargahı tədbirin noyabrın 8-də axşam saatlarında Manhetten rayonunun mərkəzində yerləşən “Hilton” otelində təşkil olunacağını bildirib. Giriş “yalnız Tramp-Pens kompaniyasının dostları və tərəfdarları üçün dəvətnamələr” əsasında olacaq.
Bir qədər əvvəl Demokratik Partiyanın namizədi Hillari Klintonun qərargahı keçmiş dövlət katibinin seçkiqabağı yarışın başa çatmasını təntənə ilə qeyd edəcəyi barədə məlumat yayıb. Xanım Klinton da tədbiri Manhetten rayonunda - “Jacob Javits” konfrans zalında keçirməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]