DÜNYA
Tunisdə prezident seçkilərində 26 namizəd iştirak edəcək
Bakı, 17 avqust, AZƏRTAC
Tunisdə sentyabrın 15-də keçiriləcək növbədənkənar prezident seçkilərində 26 namizəd iştirak edəcək. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası daha 96 namizədi qeydə almayıb. Lakin bildirilir ki, namizədlərin sayı arta bilər və yekun siyahı avqustun 31-də elan ediləcək.
Komissiyanın məlumatında qeyd olunur ki, ölkənin ən yüksək vəzifəsini tutmaq istəyənlərin arasında hazırkı Baş Nazir Yusif Çahed və prezidentliyə namizədliyini vermək üçün vəzifəsindən istefa vermiş Müdafiə naziri Əbdülkərim Zbidi də var.
İslamçı “Ennahdha” partiyasının namizədi isə vəkil Əbdülfəttah Mouro olacaq. Bu partiya hazırda ölkə parlamentində üstünlük təşkil edir.
Növbədənkənar seçkilər iyulun 25-də Tunisin 92 yaşlı Prezidenti Beji Kaid əs-Sebsinin vəfatından sonra təyin edilib. O, Şimali Afrikada demokratik yolla seçilən ilk dövlət başçısı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]