ELM VƏ TƏHSİL


Turizm və Menecment Universitetinin bir qrup tələbəsi xaricdə təhsillərini uğurla başa vurub

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup tələbəsi 2015-2016-cı tədris ilində Türkiyə, Avstriya və Almaniyada bir semestr müddətində təhsil alıb.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, tələbələrdən 5-i Mövlanə Mübadilə Proqramı çərçivəsində Türkiyənin Ege, Akdeniz, Qazi və Kastamonu universitetlərində turizm, biznes idarəçiliyi və qida mühəndisliyi ixtisasları üzrə təhsil alıblar. Digər 4 tələbə isə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetində və Almaniyanın Yade Universitetində təhsillərini uğurla başa vurublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.