ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetinin dekanı beynəlxalq konfransda məruzə edib

Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov Rusiyanın Rostov şəhərindəki Cənub Federal Universitetində “Turizm-rekreasiya komplekslərinin dövlət və bələdiyyə idarəetməsi: Rusiya və xarici təcrübə” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.
Bu barədə AZƏRTAC-a Turizm və Menecment Universitetindən məlumat verilib. Bildirilib ki, tələbə, aspirant və gənc tədqiqatçılar üçün təşkil olunan onlayn konfransın plenar iclasında B.Bilalov “Azərbaycan Respublikasında turizmin dövlət idarəedilməsi” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanlı alimin məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2025 [20:34]
Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib
- 12.02.2025 [19:47]
UNEC “Yenilikçi və İnkişaf Mükafatı”na layiq görülüb
- 12.02.2025 [19:02]
“Din araşdırmaları” jurnalının növbəti nömrəsinə məqalə qəbul edilir
- 12.02.2025 [18:40]