SİYASƏT


Türk general: Azərbaycana qarşı istənilən təhdid “Qardaş yumruğu” alacaq

Türk general: Azərbaycana qarşı istənilən təhdid “Qardaş yumruğu” alacaq

Ankara, 6 dekabr, AZƏRTAC

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş yumruğu” birgə təlimləri Şuşa Bəyannaməsinin şərtlərini özündə ehtiva edir. Bu təlimlər ümumi mənada Azərbaycan və Türkiyənin tarixi qardaşlıq dəyərlərinin qorunmasının tərənnümüdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan türk general Yücel Karauz bildirib.

Azərbaycanın və Türkiyənin ortaq hərbi gücünü bölgədə sülhün və sabitliyin qorunmasının qarantı kimi dəyərləndirən general Yücel Karauz deyib: “Başda Fransa, İran və Ermənistan olmaqla, Azərbaycana qarşı çıxan tərəflər anlamalıdırlar ki, iki qardaş ölkənin uzun illərdən bəri davam edən birgə təlimləri 44 günlük Vətən savaşında işğalçıya dərs, onun havadarlarına gözdağı olduğu kimi, birgə maraq və mənafelərimizin qorunması üçün bundan sonra da mövcud olacaq. İstər sərhəd qonşusu, istərsə də uzaq ölkə, hər kəs öz yerini və hərəkətini bilməlidir.

Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin təlimlərə cəlb edilməsini müdafiə sahəsində ən mühüm tarixi hadisələrdən biri olduğunu söyləyən general deyib: “Bu təlimlər təhdid edənlər başda olmaqla, bir daha bütün dünyaya göstərdi ki, Azərbaycanın dövlət sərhədləri, ərazi bütövlüyü və beynəlxalq hüququn verdiyi bütün hüquqları toxunulmazdır”.

General bildirib ki, əgər Azərbaycanın ərazi bütövlüyünə və dövlət sərhədlərinə qarşı hər hansı təhdid olarsa, “Qardaş yumruğu” təlimləri gerçək gücə çevrilərək düşmənin aldığı tutarlı cavab olacaq.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.