Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsəndən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Türk Şurasının Katibliyi adından və şəxsən öz adımdan Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi çatdırıram.

Yüz illiyini qeyd etdiyimiz respublikamız Sizin uğurlu siyasətiniz və liderliyiniz sayəsində regionun ən inkişaf etmiş ölkəsinə çevrilmişdir və dünya arenasında yerini və nüfuzunu gündən-günə daha da möhkəmlətməkdədir.

Eyni zamanda, Türk Şurasına Sizin daimi dəstəyinizi məmnuniyyətlə qeyd edir və vurğulamaq istəyirəm ki, verdiyiniz mühüm töhfələr nəticəsində türk dünyası birliyi, bərabərliyi daha da möhkəmlənmiş və çoxtərəfli əlaqələrimiz yeni mərhələyə qədəm qoymuşdur.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına isə rifah və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

 

Ramil Həsən

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin