DÜNYA
Türkiyə Ali Məşvərət Şurasının növbəti toplantısı keçirilib
Ankara, 27 yanvar, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Ali Məşvərət Şurasının növbəti toplantısı keçirilib.
AZƏRTAC Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinə istinadla xəbər verir ki, toplantı qərb ölkələrində əcnəbilərə və İslama qarşı düşmənçilik mövzusuna həsr olunub.
Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun yazılı məlumatda bildirib ki, şura üzvləri İslam dünyasında daxili çəkişmələrdən qurtularaq birlik və bərabərliyin gücləndirilməsi, eləcə də dinin özündən qaynaqlanmayan, arxasında qaranlıq qüvvələr olan fəaliyyətlərlə mübarizənin yollarına dair fikir mübadiləsi aparıblar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [17:34]
“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır
- 04.05.2024 [16:16]
Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb
- 04.05.2024 [15:54]
Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır
- 04.05.2024 [15:52]
Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO
- 04.05.2024 [14:51]
Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub
- 04.05.2024 [14:41]
Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib
- 04.05.2024 [14:12]