DÜNYA


Türkiyə Aralıq dənizinin dayazsulu hissəsində qazma işlərinə başlayıb

Bakı, 27 noyabr, AZƏRTAC 

Türkiyə Aralıq dənizinin dayazsulu hissəsində qazma işlərinə başlayıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, kəşfiyyat-qaz işləri Aralıq dənizinin dayazsulu hissəsində, Mersin sahilində başlayıb. Layihə üzrə ilk quyu Mersindən təxminən 19 dəniz mili cənub-şərqdə yerləşən “Kuzey Erdemli-1” bölgəsində, 2100 metr dərinlikdə qazılacaq.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez deyib ki, qazma işləri təbii qaz və ya neft aşkar olunana qədər aparılacaq. “Oruç Reis” və “Barbaros Hayreddin Paşa” gəmiləri ilə seysmik tədqiqatlar isə davam edir.

Xatırladaq ki, Türkiyə “Fatih” gəmisi ilə oktyabrın 30-da Aralıq dənizində qazma işlərinə başlayıb. Aralıq dənizinin dərinsulu hissəsində ilk qazma işləri Antalya sahilində həyata keçirilir. “Alanya-1” adlı kəşfiyyat quyusunu qazacaq gəmidə 200-dən çox yerli və xarici mütəxəssis çalışacaq. “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti ABŞ-ın “Schlumberger” şirkəti ilə Aralıq dənizində qazma işləri üçün 15 milyon dollarlıq müqavilə imzalayıb.

Türkiyə Qara dənizdə də neft və təbii qaz axtarmaq niyyətindədir.

Yerli istehsal olan “Fatih” qazma gəmisi bu ilin mayında istifadəyə verilib. Uzunluğu 229 metr olan gəmi suyun 12 min 200 metr dərinliyə qədər hissəsində qazma əməliyyatları aparmaq imkanına malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.