SİYASƏT


Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Azərbaycana rəsmi səfərə gəlib VİDEO

Bakı, 18 oktyabr, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop oktyabrın 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Böyük Millət Məclisi Sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Mustafa Şentopu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli və digər rəsmi şəxslər qarşılayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.