İDMAN


Türkiyə Super Liqası: "Fənərbaxça" cari mövsümdə səkkizinci dəfə məğlub olub

Bakı, 9 fevral, AZƏRTAC

Fevralın 8-də Türkiyə Super Liqasının 21-ci turuna "Kayserispor"

"Fənərbaxça" oyunu ilə start verilib.

AZƏRTAC xəbər verir ki, "Kadir Has" stadionunda baş tutan görüşdə

meydan sahibləri "Kayserispor" minimal hesabla qələbə qazanıb (1:0).

Gərgin keçən birinci hissədə hesab açılmayıb. Fasilədən sonra hər iki komanda bir birinin qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıb. Matçın əsas vaxtının bitməsinə üç dəqiqə qalmış "Kayserispor" klubunun futbolçusu Artem Kravets adını tabloya yazdıraraq komandasına qələbə qazandırıb.

Beləliklə, "Fənərbaxça" klubu cari mövsümdə 8-ci məğlubiyyətini

qazanaraq 23 xalla 13-cü , "Kayserispor" isə 25 xalla 11-ci yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.