İDMAN
Türkiyə Superliqası: “Fənərbağça” komandası öz meydanında “Akhisarspor”u məğlub edib
Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də futbol üzrə Türkiyə Superliqasının XXXII turunda “Fənərbağça” komandası öz meydanında “Akhisarspor”u qəbul edib.
AZƏRTAC xəbər verir ki, oyun İstanbul komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda meydan sahiblərinin heyətində 28-ci dəqiqədə Roberto Soldado, 30-cu dəqiqədə Nabil Dirar fərqləniblər.
Qonaq komandanın heyətində isə Helder Barbosa 45-ci dəqiqədə topu rəqib qapıdan keçirib.
Beləliklə, bu qalibiyyətdən sonra xallarının sayını 40-a çatdıran İstanbul təmsilçisi Türkiyə çempionatında 10-cu sıraya yüksəlib. “Akhisarspor”un isə çempionatın yekunlaşmasına iki həftə qalmış superliqanı tərk edəcəyi dəqiqləşib.
Turun digər oyunu olan “Göztəpə” - “Sivasspor” matçında 3:3 hesablı heç-heçə qeydə alınıb.
Xatırladaq ki, hazırda “Qalatasaray” 66 xalla çempionatın vahid lideridir. Bir oyun az keçirən “Başakşəhər” 63 xalla ikinci yerdə, “Beşiktaş” isə 59 xalla üçüncü pillədədir.