İDMAN
Türkiyə Superliqası: "Trabzonspor" doğma meydanda "Yeni Malatyaspor"u məğlub edib

Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da futbol üzrə Türkiyə çempionatının üçüncü turu çərçivəsində keçirilən qarşılaşmada "Trabzonspor" doğma meydana "Yeni Malatyaspor"la üz-üzə gəlib.
AZƏRTAC xəbər verir ki, matça fəal başlayan meydan sahibləri 24-cü dəqiqədə hesabı açmağa müvəffəq olublar. Benik Afobe çərçivəni dəqiq nişan alıb. Oyunun 33-cü dəqiqəsində B.Afobe komandasının və özünün ikinci qolunu vurub. Birinci hissənin son dəqiqələrində isə Trabzon təmsilçisinin hücumçusu Antoni Nvakame hesabı 3:0-a çatdırıb. Malatya təmsilçisi isə vurulan qollardan birinin əvəzini çıxıb. Adəm Böyük on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
Beləliklə, "Trabzonspor" doğma meydanda "Yeni Malatyaspor"u 3:1 hesabı ilə məğlub edib.
Günün digər matçlarında isə "Ərzurumspor" səfərdə "Kayserispor"u 3:1 hesabı ilə üstələyib. "Hatyayspor" isə doğma divarlar arasında "Kasımpaşa"nı minimal hesabla udub. "Göztəpə"-"Qaziantep" görüşündə isə qalib müəyyənləşməyib - 2:2.
Turun digər oyunları aşağıdakılardır:
"Rizəspor"-"Alanyaspor"
"Konyaspor"-"Beşiktaş"
"Sivasspor"-"Ankaragücü"
Qalatasaray"-"Fənərbağça"
"Antalyaspor"-"Dənizspor"
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Üçüncü turda "Gənclərbirliyi" istirahət edir.