İDMAN
Türkiyə Superliqasının XXV turuna start verilib
Bakı, 9 mart, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasının XXV turuna “Sivasspor”-“Yeni Malatyaspor” matçı ilə start verilib.
AZƏRTAC xəbər verir ki, oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün 35-ci dəqiqəsində “Sivasspor”un hücumçusu Fateh Aksoy hesabı açıb. Matçın 45-ci dəqiqəsində meydan sahibləri hesab arasındakı fərqi iki topa çatdırıblar - 2:0. Bu dəfə Duqlas Pereyra fərqlənib.
Bu oyundan sonra "Sivasspor" 34 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Malatya təmsilçisi rəqibi eyni xala malik olsa da, topların fərqinə görə ondan öndədir.
Qeyd edək ki, turun ən maraqlı qarşılaşması “Başakşəhər” və “Fənərbağça” komandaları arasında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]