MƏDƏNİYYƏT


Türkiyə ilə Azərbaycan arasında “Qardaş məktəb” layihəsi

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 15-də Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasında Türkiyədən gəlmiş məktəblilərin konserti olacaq. Konsert İncəsənət Gimnaziyası ilə Bursa Zeki Müren İncəsənət Liseyi arasında “qardaş məktəb” layihəsi çərçivəsində keçiriləcək. İki ölkə arasında təhsil sahəsində imzalanmış əməkdaşlıq protokoluna uyğun olaraq sözügedən təhsil ocaqları arasında şagird mübadiləsi, qarşılıqlı səfərlər, birgə sərgilərin, konsertlərin təşkili və digər tədbirlər nəzərdə tutulur.

Türkiyənin Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində İncəsənət Gimnaziyasının dəvəti ilə Bursa İncəsənət Liseyindən 15 nəfərlik nümayəndə heyəti Bakıya gəlib. Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kəriminin rəhbərliyi ilə baş tutacaq tədbirdə iki ölkədən rəsmi şəxslər, məktəb direktorları və görkəmli mədəniyyət xadimləri iştirak edəcəklər.

Qeyd edək ki, “Qardaş məktəb” layihəsi Azərbaycan və Türkiyənin təhsil nazirliklərinin dəstəyi ilə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.