DÜNYA


Türkiyə prezidenti: Afrinə 200 min insan qayıdacaq

Bakı, 8 mart, AZƏRTAC

Yanvarın 20-dən indiyə qədər Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı nəticəsində 3089 terrorçu zərərsizləşdirilib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu sözləri 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan tədbirdə çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti bildirib ki, Afrin bölgəsində 800 kvadratkilometr ərazi terrorçulardan təmizlənib. Türkiyə "Fərat qalxanı" əməliyyatı nəticəsində 2 min kvadratkilometr ərazini terrorçulardan azad edib. "Zeytun budağı" əməliyyatı nəticəsində də 2 min kvadratkilometr olan Afrin bölgəsi PYD/YPG terrorçularından təmizlənəcək. Nəticədə Afrinə ən azı 140-150 min, bəlkə də 200 min insan qayıdacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.