DÜNYA


Türkiyə tərəfi ABŞ-ın nazirlərə qarşı sanksiyaları aradan qaldırmasına adekvat cavab verib

Ankara, 2 noyabr, AZƏRTAC 

ABŞ tərəfi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gülə və daxili işlər naziri Süleyman Soyluya qarşı tətbiq olunan sanksiyaları aradan qaldırıb.

AZƏRTAC xəbər verir ki, rəsmi Ankara bu qərara adekvat cavab verib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yer alıb. Bildirilib ki, Türkiyə də ABŞ nazirlərinə qarşı tətbiq olunan sanksiyaları, o cümlədən Türkiyəyə giriş qadağasını aradan qaldırıb.

Qeyd edək ki, cari ilin avqustunda ABŞ hökumətinin türkiyəli iki nazirə sanksiya tətbiq etməsinə qarşı tərəf eyni qərarla cavab vermişdi.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.