İQTİSADİYYAT
Türkiyəli iş adamı: Azərbaycanda Türkiyənin fərqli dizayna malik mətbəx mebellərinə ehtiyac var
Bakı, 11 may, Ramiz Quliyev, AZƏRTAC
Azərbaycanda Türkiyə istehsalı olan və digər ölkələrlə müqayisədə fərqli dizayna malik mətbəx mebellərinə ehtiyac var.
Bunu Bakıda Türkiyənin Əskişəhər Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən “İnşaat və Tərtibat” sahəsinə həsr olunan tədbirdə AZƏRTAC-a müsahibəsində Türkiyənin “Atolуemutfak” şirkətinin rəhbəri Ender Aytaşkın deyib.
Onun sözlərinə görə, şirkətin istehsal etdiyi mətbəx mebelləri gözəl dizayna malik olmaqla, həm də keyfiyyət baxımından seçilir. Hətta Avropa ölkələrinin bu sahədə öndə gedən şirkətləri ilə də rəqabət apara bilir.
Ender Aytaşkın bildirib ki, Bakıya gəlməkdə başlıca məqsədi ilk növbədə burada tərəfdaş tapmaq, mağazalar açmaq və mətbəx mebellərinin satışını həyata keçirməkdir. İkinci mərhələdə isə Bakı şəhərində sözügedən məhsulların istehsalı ilə bağlı müəssisələrin yaradılması nəzərdə tutulur.
Şirkət rəhbəri qeyd edib ki, mebellərin satış qiymətləri əhalinin gəlirlərinə uyğun olacaq.