İQTİSADİYYAT
Türkmənistan-Azərbaycan Birgə Komissiyasının tərkibi təsdiq edilib
Aşqabad, 1 aprel, AZƏRTAC
Türkmənistan tərəfindən nəqliyyat, tranzit və logistika məsələləri üzrə Türkmənistan-Azərbaycan Birgə Komissiyasının tərkibi təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu barədə müvafiq qərar imzalayıb.
Dövlət başçısı bu Komissiyanın işinin iri nəqliyyat-logistika layihələrinin həyata keçirilməsində, iki ölkənin tranzit və ixrac potensialında, işgüzar dairələr arasında əməkdaşlığın möhkəmləndirilməsində, eləcə də türkmən və Azərbaycan xalqlarının dostluq və qardaşlıq əlaqələrinin genişləndirilməsində mühüm rolunu vurğuladı.
Xatırladaq ki, Birgə Komissiyasının yaradılması haqqında saziş 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabada səfəri zamanı imzalanıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]