Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin bütün qardaş xalqına ən səmimi təbriklərimi bildirməkdən çox məmnunam.

Əminəm ki, ölkələrimiz arasında bərqərar olmuş əməkdaşlıq və qarşılıqlı anlaşmanın yüksək səviyyəsi xalqlarımızın rifahı naminə dövlətlərimiz arasında qarşılıqlı faydalı münasibətlərin bundan sonra da daim inkişaf etməsi və möhkəmlənməsi üçün etibarlı zəmin olacaq.

Bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, şəxsi səadət və rifah, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

 

Qurbanqulu Berdiməhəmmədov

Türkmənistan Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin