DÜNYA
Türkmənistanla Qazaxıstanın logistika təşkilatları arasında əməkdaşlıq güclənir
Nur-Sultan, 22 yanvar, AZƏRTAC
Türkmənistan və Qazaxıstanın logistika təşkilatları arasında əməkdaşlıq güclənir.
AZƏRTAC xəbər verir ki, "Türkmən Logistika" Assosiasiyası və Qazaxıstanın "Kazlogistics" Nəqliyyat-Logistika Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd hər iki tərəfin regional və beynəlxalq tədbirlərdə, qarşılıqlı faydalı həll yollarının yaradılması məqsədilə birgə layihələrin hazırlanmasında və həyata keçirilməsində, habelə beynəlxalq təşkilatların və maliyyə institutlarının investisiya layihələrində iştirakını təmin edir. Bundan əlavə, memorandum “Kazlogistics” və "Türkmən Logistika" arasında məlumat və təcrübə mübadiləsi də daxil olmaqla əməkdaşlıq formasını nəzərdə tutur. Həmçinin təchizat zəncirlərinin və beynəlxalq nəqliyyatın optimallaşdırılması problemlərinə effektiv həllini təmin edən logistika sahəsində müasir rəqəmsal sistemlərin tətbiqi təşkil ediləcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan