İDMAN


UEFA AVSTRİYANI VƏ İSVEÇRƏNİ “AVRO-2008”-İ KEÇİRMƏK HÜQUQUNDAN MƏHRUM EDƏ BİLƏR

AZƏRTAC UEFA-nın rəsmi sayıtına istinadla xəbər verir ki, bunu Avropa futbol təşkilatının nümayəndəsi Uilyam Hayllard bəyan etmişdir. Onun sözlərinə görə, UEFA prezidenti İsveçrəyə üzərinə götürdüyü öhdəlikləri xatırladan məktub göndərmişdir. Məktubda deyilir ki, “UEFA İsveçrənin Avropa çempionatı üçün Sürixdə yeni futbol stadionu tikmək niyyətində olmaması faktından çox narahatdır”.

Hayllard demişdir: “UEFA İsveçrəyə və Avstriyaya cari ilin sonunadək vaxt vermişdir ki, bu ölkələr Avropa çempionatının məhz onların meydanlarında təşkil olunmasına ciddi maliyyə zəmanəti verdiklərini sübut etsinlər”. UEFA təmsilçisi xəbərdarlıq etmişdir ki, Vyana və Bern Avropa çempionatına hazırlıqda irəliləyişə nail olduqlarını sübut edə bilməsələr, onda icraiyyə şurası çempionatın bu ölkələrdə keçirilməsi barədə qərarına yenidən baxmalı olacaqdır”.

UEFA prezidenti Lennart Yuhansson və UEFA-nın icraçı katibi Lars Olsson öz məktublarında vurğulamışlar ki, “yaranmış vəziyyətdə UEFA Avropa futbol çempionatının keçirilməsinə öz namizədliklərini irəli sürmüş ölkələrdən birinin xeyrinə qərar qəbul edə bilər”.

Xatırladaq ki, 2008-ci ilin Avropa futbol çempionatını keçirmək hüququ uğrunda mübarizədə Avstriya və İsveçrə Rusiyaya, Yunanıstan-Türkiyəyə, Danimarka-Finlandiya-Norveç-İsveçə, Macarıstana, Xorvatiya-Bosniya və Herseqovinaya qalib gəlmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.