İDMAN


UEFA Avropa Liqası: “Neftçi”-HİK matçının birinci hissəsində hesab açılmayıb

Bakı, 3 avqust, AZƏRTAC

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi”-HİK oyununun birinci hissəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, komandaların cəhdlərinə baxmayaraq birinci hissədə hesab açılmayıb.

Matçda “Neftçi”nin qapıçısı Aqil Məmmədov zədələnib. Qarşılaşmanın 17-ci dəqiqəsində qolkiper Kamran İbrahimovla əvəzlənib.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşaması avqustuna 12-də Helsinkidə keçiriləcək. Bu cütün qalibi pley-off mərhələsində Türkiyənin “Fənərbağça” klubu ilə üz-üzə gələcək. Məğlub komanda isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – “HB Torşavn” (Farer adaları) cütünün qalibinə rəqib olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.