İDMAN


UEFA Avropa Liqası: “Olimpiakos” və “Qarabağ” klublarının start heyətləri açıqlanıb

Bakı, 6 oktyabr, AZƏRTAC

Yunanıstanda UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü tur oyununda üz-üzə gələcək “Olimpiakos” və “Qarabağ”ın start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Yunanıstan təmsilçisinin start heyətində Kostas Tsolakis, Şime Vrsalko, Andreas Buxalakis, Yann MVila, Pyer Kunde, Hvan İy Co, Pep Biel, Qonsalo Avila, Oleq Ryabçuk, Pape Abu Sisse və Qarri Rodriges yer alıblar.

Azərbaycan çempionunun heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Leandro Andrade, Kadi Borges, Marko Veşoviç, Elvin Cəfərquliyev və Bədavi Hüseynov çıxacaqlar.

Bu gün Georgios Karaiskakis stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransanın “Nant” klubunu qəbul edəcək.

Hesabında 6 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 3 xalla ikinci, “Nant” isə üçüncü yerdədir. “Olimpiakos”un isə hesabında xal yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.